Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Oktyabr 2019 14:45
Bakı. Mətanət Nəsibova - Trend:
Azərbaycanda son illərdə dövlət başçısının rəhbərliyi altında keçirilmiş dərin iqtisadi islahatlar ölkənin qeyri-neft sektorunun inkişafına mühüm təkan verib.
Bunu Trend-ə Azərbaycan Dövlət İqtisad Universitetinin professoru, ekspert Elşad Məmmədov deyib.
O bildirib ki, islahatlar prosesində ölkə makroiqtisadi sabitliyi təmin edib, eləcə də milli valyutanın dayanıqlı məzənnəsi təmin olunub:
“İslahatlar nəticəsində bu ilin yanvar-sentyabr aylarında ümumi daxili məhsulun ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 faiz artıb. Neft sənayesində 15 faizdən çox artım əldə olunub, kənd təsərrüfatında artım tempi 7 faizə bərabər olub. Azərbaycanın xarici borcu aşağı səviyyədədir – ümumi daxili məhsulun 17 faizi. Ölkənin qızıl-valyuta ehtiyatları əhəmiyyətli dərəcədə artıb. Bütün bunlar iqtisadi sahədə aparılan irimiqyaslı islahatların nəticəsidir. Qeyd etmək lazımdır ki, sosial yönümlü islahatlara, pensiya, əmək haqlarının artırılmasına baxmayaraq ölkədə inflyasiya 2,5 faizdən çox olmayıb. Bununla belə, irimiqyaslı islahatlara baxmayaraq dövlət büdcəsindən milyardlarla manat vəsait ayrılıb”.
Ekspert “Doing Business” hesabatında Azərbaycanın biznes mühiti üzrə 25-ci yerdə, islahatçı ölkələr arasında ilk 20 ölkə arasında yer almasını mühüm fakt adlandırıb. O əlavə edib ki, Azərbaycanın “Doing Business 2019” reytinqində mövqeyini yaxşılaşdırması son illər ərzində planlı şəkildə reallaşdırılan ciddi institusional dəyişikliklərin nəticəsidir:
“Bu istiqamətdə işlər davam etdirilir, hələ daha çox səy göstərmək lazımdır, pul-kredit siyasətinin güclənməsinə yönəlmiş addımlar atmaq lazımdır. Bu istiqamətdə məqsədyönlü iş aparılır və fikrimcə, uçot dərəcəsəinin azaldılması ölkədə dayanıqlı makro və biznes mühitinin təmin olunmasına yönəlmiş islahatlar prosesinin davam etməsinin nümunəsidir”.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin