Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Oktyabr 2019 16:52
UEFA Gənclər Liqasının ilk mərhələsinin cavab qarşılaşması çərçivəsində keçirilən “Qəbələ” - APOEL görüşündən sonra qarşıdurma yaşanıb.
Final fiti səsləndikdən sonra qələbəni çılğınlıqla bayram edən qonaq komandanın futbolçuları və rəsmiləri ilə “qırmızı-qaralar”ın bir neçə oyunçusu arasında dava düşüb.
Yalnız meydana “Qəbələ” akademiyasının rəhbər şəxsləri daxil olduqdan sonra aranı sakitləşdirmək mümkün olub.
Hadisələri yaxından izləyən görüşün baş hakimi “Qəbələ”nin futbolçusu Veysəl Rzayevə birbaşa qırmızı vərəqə göstərib. Buna səbəb azərbaycanlı futbolçunun rəqib düşərgədən kiminsə başına şapalaq vurması olub.
Qeyd edək ki, ilk oyunda səfərdə APOEL-lə 1:1 hesablı bərabərliyə müyəssər olan “Qəbələ” doğma “divarlar arası”nda 0:1 yenilərək turnirdəki iştirakını başa vurub (sport24.az).