Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Həkimlərin kommersiya məqsədli reseptlərinə qadağa... - VİDEO

Həkimlərin kommersiya məqsədli reseptlərinə qadağa... -  VİDEO

Tarix: 21 Iyun 2023 19:12

Xəbər verdiyimiz kimi, həkimlərin kommersiya məqsədli dərmanları reseptə yazması qadağan olunacaq.

Bu məsələ "Dərman vasitələri haqqında" qanuna təklif edilən dəyşikliklərdə öz əksini tapıb. Bildirilir ki, reseptlər elektron formada yazılacaq və bu sahədə bir çox nöqsanlar aradan qalxacaq

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, qanuna təklif edilən dəyşikliklər barədə məlumat verən millət vəkili Müşfiq Məmmədli deyib ki, faktiki olaraq bu gün dərman peraparatlarının əksər hissəsi azərbaycana idxal edilir. Bəzən apteklərdə eyni dərmanların müxtəlif qiymətlərə satıldığı halları da müşahidə edilir. Yeni qanun dərmanların qeydiyyat prosesini asanlaşdıracaq. Üstəlik rəqabət mühiti yaradılacaq.

Qanunla həmçinin dövlət qeydiyyatına alınan dərmanların tənzimlənən qiymətlərdən baha satılması qadağan olunur. Üstəlik dərmanların qiymətlərinin aşağı həddi də müəyyən edilmir.

Təklifə əsasən, reysterdən keçməyən dərman vasitələrinin satışı ölkədə qadağan edilir. Bu dərmanlar ölkəyə yalnız xüsusi hallarda gətirilə bilər. Yəni dərmanlar pasiyentin sifarişi əsasında yalnız reseptdə yazılan miqdarda gətiriləcək.

Təklif edilən digər dəyşikliyə əsasən dərman vasitələrinin ekspertizası qaydası dəyişdirilir. Dəyişikliklə dərman vasitələri Azərbaycanda dövlət qeydiyyatı və onların keyfiyyətinə nəzarət məqsədi ilə, idxal zamanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən ekspertizadan keçirilir.

Qeyd edək ki, "Dərman vasitələri haqqında" qanuna təklif edilən dəyişiklik layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.

Milli.Az


Etiketlər:  Həkimlərin kommersiya məqsədli reseptlərinə qadağa VİDEO


RƏYLƏR