Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İnterpolun axtardığı qız atasının Rusiyadakı evində tapıldı

İnterpolun axtardığı qız atasının Rusiyadakı evində tapıldı

Tarix: 22 Iyun 2023 09:32

Rusiyanın Vladivostok şəhərində polis beynəlxalq axtarışda olan Avstriya vətəndaşını tapıb.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, İnterpolun Avstriyada yerləşən bürosu rusiyalı polislər tərəfindən tapılan qızı 2022-ci ilin oktyabr ayından axtarışa verib.   

Beynəlxalq axtarışda olan şəxs yaxınlarına məlumat vermədən bütün əşyalarını toplayaraq Vyanadakı yaşayış yerini tərk edib.

Aparılan qısa dindirmə zamanı məlum olub ki, 27 yaşlı qız Vladivostokda yaşayan atasının yanına köçüb və digər şəxslərin bunu bilməsini istəməyib.


Etiketlər:  İnterpolun axtardığı qız atasının Rusiyadakı evində tapıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ