Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Fədayə Laçın: “Deyirlər ki, məni Azərbaycana buraxmırlar” - VİDEO

Fədayə Laçın: “Deyirlər ki, məni Azərbaycana buraxmırlar” - VİDEO

Tarix: 22 Iyun 2023 15:35

Hazırda Rusiyanın Moskva şəhərində yaşayan müğənni Fədayə Laçın uzun müddətdən sonra canlı efirə çıxıb.

Sonxeber.net bizim.media.az-a istinadən bildirir ki, sənətçi müğənni bacısı İlahə Fəda və oğlu Əlhəmin qonaq olduğu "Səhər mərkəzi" verilişinə "Skype" vasitəsi ilə qoşulub.

Fədayə bildirib ki, onun Azərbaycana gəlməsi ilə bağlı heç bir problem yoxdur:

"Efirlərdən o qədət dəvətlər alıram ki... Deyirlər ki, verilişlərimizə gəlin. İşlərim toylarla əlaqəli olduğu üçün ürəyim hər dəfə istəyəndə Vətənə gələ bilmirəm. Gələndə də üç-beş gün olur. Bu müddətdə isə çatdırıb efirlərə çıxa bilmirəm. İstəyirəm ki, Vətənə elə gəlim ki, biraz çox qalıb, efirlərə çıxa bilim. Heç bir küskünlüyüm, incikliyim qətiyyən yoxdur.

İzləyicilər elə düşünürlər ki, məni Azərbaycana gəlməyimə icazə vermirlər, qoymurlar. Amma bu, əsla belə deyil. Əgər elə bir şey olsa, heç efirlərə belə qoşula bilmərəm. Yəni belə bir şeylər yoxdur. Vətənimdən və hər kəsdən çox razıyam".

Proqramın aparıcısının "Deyirlər ki, sizin uzun müddətdir Rusiyada qalıb Azərbaycana gəlməməyinizin səbəbi bacınız İlahə ilə aranızda küsülülüyün və problemlərin olmasıdır" şərhinə Fədayənin reaksiyası belə olub:

"Bacımla aramızda su belə keçməz. Heç zaman! Biz əkiz bacılar kimiyik. İlahə sənətkar bacımdır. Ondan başqa mənim kimim var ki? Dara düşəndə hamını gördüm. İnsana öz ailəsindən başqa kim yaxın ola bilər ki? Heç bir söhbət bacımla mənim arama girə bilməz". Eyni sözləri isə Fədayənin bacısı İlahə də bildirib.


Etiketlər:  Fədayə Laçın Deyirlər məni Azərbaycana buraxmırlar VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ