Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Priqojinlə danışıqlarda Dyumin də iştirak edib?

Priqojinlə danışıqlarda Dyumin də iştirak edib?

Tarix: 25 Iyun 2023 07:22

Kreml sözçüsü Dmitri Peskov "Vaqner" rəhbəri Yevgeni Priqojinin rəhbərlik etdiyi silahlı üsyanın qarşısını almaq üçün danışıqlarda Tula vilayətinin qubernatoru Aleksey Dyuminin iştirak edib-etməməsi məsələsini şərh etməyib.

Milli.Az axar.az-a istinadən bildirir ki, Kreml rəsmisi jurnalistlərin bununla bağlı sualını cavabsız qoyub.

"Böyük təfərrüat barədə sizə məlumat verə bilmərəm", - deyə o bildirib.

Qeyd edək ki, A.Dyumin Rusiya ictimaiyyətində kifayət qədər tanınmış insandır. Onun bir zamanlar Putinin şəxsi mühafizəsində çalışdığı bildirilir.

Xatırladaq ki, Priqojinlə danışıqları Belarus lideri Lukaşenko aparıb və ona Putinin adından zəmanətlər verib. Bundan sonra Priqojin "Vaqner" döyüşçülərinin geri - səhra düşərgəsinə qayıtmaq üçün yola çıxdıqlarını açıqlayıb.

Milli.Az


Etiketlər:  Priqojinlə danışıqlarda Dyumin iştirak edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ