Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Iyun 2023 12:48
""Vaqner" özəl hərbi şirkətinin muzdluları ilə qarşıdurmalarda 15 rusiyalı hərbçi həlak olub".
Sonxeber.net "qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə məlumatı Ukraynanın "Strana" nəşri yayıb.
İddialara görə, həlak olanların əksəriyyəti hərbi pilotlardır. Bununla yanaşı, "Vaqner" muzdluları tərəfindən vurulan "İl-18" təyyarəsində pilotdan başqa 8 nəfərin də olduğu bildirilir.
Eyni zamanda, iyunun 24-ü vurulan Ka-52 "Alligator" helikopterində olan bütün heyətin öldüyü qeyd olunur.
Xatırladaq ki, iyunun 23-də "Vaqner" şirkətinin rəhbəri Yevgeni Priqojin Rusiya Müdafiə Nazirliyini onun şirkətinin mövqelərinə zərbələr endirməkdə ittiham edib və 25 min insanın "məsələni aydınlaşdırmağa" hazırlaşdığını bildirib. Səhər saatlarında o, Rostov şəhərində bütün hərbi obyektlərin nəzarətə götürüldüyünü açıqlayıb.
Bundan sonra Rusiya Federal Təhlükəsizlik Xidməti Y.Priqojinə qarşı silahlı üsyana təhrik faktı üzrə cinayət işi açıb, Prezident Vladimir Putin isə onun hərəkətlərini qiyam adlandırıb. Mümkün terror aktlarının qarşısının alınması məqsədilə Moskva şəhərində, Voronej və Moskva vilayəti ərazisində antiterror əməliyyatı rejimi tətbiq edilib. İyunun 24-ü Belarus Prezidenti Aleksandr Lukaşenko Priqojinlə danışıqlar aparıb. O, Lukaşenkonun "Vaqner" qüvvələrinin hərəkətini dayandırmaq təklifini qəbul edib.