Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ceyhun Bayramov ABŞ-yə yola düşüb - Erməni həmkarı ilə görüşəcək

Ceyhun Bayramov ABŞ-yə yola düşüb - Erməni həmkarı ilə görüşəcək

Tarix: 26 Iyun 2023 12:06

26 iyun 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ABŞ dövlət katibi Antoni Blinkenin dəvəti əsasında Amerika Birləşmiş Ştatlarına işgüzar səfərə yola düşüb.

Bu barədə Xarici İşlər Nazirliyindən bildirilib.

Səfər çərçivəsində dövlət katibi A.Blinken ilə ikitərəfli görüşün, eləcə də Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında "Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında ikitərəfli Saziş" layihəsi üzrə danışıqların növbəti raundunun keçirilməsi nəzərdə tutulub.

Milli.Az


Etiketlər:  Ceyhun Bayramov ABŞ yola düşüb Erməni həmkarı ilə görüşəcək


RƏYLƏR