Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Bilirəm, əxlaqsız kimi görünür, amma xoşum gəlir"

Tarix: 26 Iyun 2023 17:10

Məşhur Hollivud aktyoru Conni Deppin qızı, aktrisa Lili-Rouz Depp qalmaqallı "İdol" serialınıdakı çılpaq görüntülərindən danışıb. 

Milli.Az olay-a istinadən xəbər verir ki, aktrisa həmin səhnələr üçün dublyordan istifadə etməyi belə düşünmədiyini bildirib: 

"Bu mənəm. Bu cür işi xoşlayıram. Düşünürəm ki, bunda pis bir şey yoxdur. Eynilə bu cür işdən həzz almaqda da..."

"Hər bir geyim, qarşılıqlı əlaqə, çılpaq səhnələrin hər bir fraqmenti - bunların hamısı düşünülmüşdü və mənim üçün çox vacib idi. Bəlkə də bu, məni kənardan əxlaqsız kimi göstərir. Amma belə səhnələrdən sonra özümü həqiqətən yaxşı hiss edirəm, onların müalicəvi effekti olduğunu düşünürəm. Bəlkə də ona görə bu cür işləri bəyənirəm" - deyə Depp bildirib. 

Qeyd edək ki, açıq-saçıq səhnələrlə bol olan və tənqid edilən serial gənc pop ulduz Jocelyn (Lily-Rose Depp) və onun sevgilisi, gecə klubunun sahibi Tedros (The Weeknd) arasında mürəkkəb münasibətlərdən bəhs edir. 

Milli.Az


Etiketlər:  Bilirəm əxlaqsız kimi görünür amma xoşum gəlir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ