Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiyada silahlı qiyamla bağlı cinayət işinə xitam verildi

Rusiyada silahlı qiyamla bağlı cinayət işinə xitam verildi

Tarix: 27 Iyun 2023 12:42

Rusiyada silahlı qiyamla bağlı açılmış cinayət işinə xitam verilib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.

Qeyd edək ki, Yevgeni Priqojin iyunun 23-də axşam saatlarında rəhbəri olduğu "Vaqner" Özəl Hərbi Şirkətinin 25 minlik ordusu ilə Rusiya Müdafiə Nazirliyini silahlı birləşmənin mövqelərinə raket zərbəsi endirməkdə ittiham edərək qisas üçün Moskvaya doğru hərəkət etdiyini açıqlayıb. Onun bu açıqlamasından sonra Rusiya Federal Təhlükəsizlik Xidmətinin istintaq idarəsində Priqojin və "Vaqner" silahı qruplaşması barəsində silahlı qiyama cəhd maddəsi ilə cinayət işi açılıb. İyunun 24-də Rostovdan Rusiya sərhədini keçən Priqojin və ordusu Voronej və Lipetsk vilyətinə daxil olaraq Moskvadan 200 km məsafəyə qədər irəliləyib. Səhər saatlarında Rusiya Prezidenti Vladimir Putin xalqa müraciət edərək, Priqojinin hərəkətini satqınlıq və xəyanət, baş verənləri hərbi qiyam adlandırıb. Yalnız Belarus prezidenti Aleksandr Lukaşenkonun apardığı danışıqlardan sonra Priqojinin Moskva istiqamətində yürüşü dayandırıb. O, bunu qan tökülməməsi üçün etdiyini və Vaqnerin Ukrayna cəbhəsində dislokasiya olunan yerlərinə qayıtdığını açıqlayıb. Kremlin sözçüsü Dmitri Peskov Priqojin barəsində açılan cinayət işinə xitam veriləcəyini, onun Belarusa gedəcəyini, "Vaqner" üzvlərinin isə Müdafiə Nazirliyi ilə müqavilə bağlayacağını söyləyib.

Milli.Az


Etiketlər:  Rusiyada silahlı qiyamla bağlı cinayət işinə xitam verildi


RƏYLƏR