Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Iyun 2023 16:48
Buzovna-Mərdəkan yolunun kənarında velosipedçilərin rahat və təhlükəsiz hərəkəti üçün xüsusi zolaq salınıb.
Amma həmin zolaqlardan birinin üzərində işıqforun olması hərəkəti çətinləşdirir.
Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, söhbət Buzovna -Mərdəkan yolunun kənarında salınan və uzunluğu 8.2 km olan velosiped yolundan gedir.
Məsələ ilə bağlı Bakı Abadlıq Xidmətindən bildirildi ki, sözügedən velosiped zolağı tam təhvil verilməyib, son tamamlanma işləri gedir. Qeyd edilib ki, işıqforun velosiped zolağının üzərində olmasından məlumatlıdırlar.
''İşıqforun yerinin dəyişdirilməsi üçün aidiyyəti quruma artıq müraciət edilib. Bayram tətili bitdikdən sonra işqıfor oradan götürüləcək'', - deyə qurumdan əlavə edilib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir