Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Putinə dedim ki, “Vaqner”lə bağlı sərt tədbirlər görməyə tələsmək lazım deyil”

Tarix: 27 Iyun 2023 16:50

"Telefon danışığı zamanı Rusiya dövlət başçısı Vladimir Putinə dedim ki, "Vaqner"lə bağlı sərt tədbirlər görməyə tələsmək lazım deyil".

Milli.Az report-a istinadən xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşanko deyib.

O bildirib ki, iyunun 24-ü, günün ortalarına qədər "Vaqner"lə bir neçə dəfə təmas yaradılıb.

Xatırladaq ki, bir neçə gün əvvəl "Vaqner" Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojin Rusiya hərbçilərinin "Vaqner" muzdlu hərbi təşkilatının arxa düşərgələrinə raket zərbələri endirdiyini, bir çox döyüşçünün öldüyünü açıqlayıb. O, bundan sonra Rusiyada qiyama başlayıb.

Elə həmin günü "Vaqner"çilər Rusiya Silahlı Qüvvələrinə məxsus qırıcı təyyarə və helikopterləri vurublar. Rusiya Prezidenti Vladimir Putin isə xalqa müraciətində mövcud hadisələri xəyanət kimi qiymətləndirib.

Məlumata görə, Y.Priqojin Belarus Prezidenti Aleksandr Lukaşenkonun hərbi hərəkətləri dayandırmaq və gərginliyi azaltmaqla bağlı təklifini qəbul edib.

Rusiya Federal Təhlükəsizlik Xidməti Yevgeni Priqojinə qarşı silahlı üsyana təhrik faktı üzrə cinayət işi açıb. İyunun 27-də isə Federal Təhlükəsizlik Xidməti silahlı qiyamla bağlı başlanmış cinayət işinə xitam verilildiyini elan edib.

Milli.Az


Etiketlər:  Putinə dedim ki Vaqnerlə bağlı sərt tədbirlər görməyə tələsmək lazım deyil


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ