Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Pentaqon: "Vaqner"in bölmələri hələ də Ukraynada qalır

Pentaqon:

Tarix: 28 Iyun 2023 13:50

"Vaqner" Özəl Hərbi Şirkətinin bəzi silahlıları Rusiyada dövlət çevrilişinə cəhddən sonra hələ də Ukrayna ərazisində qalmaqdadır.

Milli.Az "Report"a istinadən xəbər verir ki, bunu Pentaqonun sözçüsü Patrik Rayder deyib.

O bildirib ki, hazırda Rusiyada baş verən hadisələrə cavab olaraq ABŞ qoşunlarının yerləşdirilməsini tələb edən heç bir səbəb yoxdur.

Xatırladaq ki, bir neçə gün əvvəl "Vaqner" Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojin Rusiya hərbçilərinin "Vaqner" muzdlu hərbi təşkilatının arxa düşərgələrinə raket zərbələri endirdiyini, bir çox döyüşçünün öldüyünü açıqlayıb. O, bundan sonra Rusiyada qiyama başlayıb.

Elə həmin günü "Vaqner"çilər Rusiya Silahlı Qüvvələrinə məxsus qırıcı təyyarə və helikopterləri vurublar. Rusiya Prezidenti Vladimir Putin isə xalqa müraciətində mövcud hadisələri xəyanət kimi qiymətləndirib.

Məlumata görə, Y.Priqojin Belarus Prezidenti Aleksandr Lukaşenkonun hərbi hərəkətləri dayandırmaq və gərginliyi azaltmaqla bağlı təklifini qəbul edib.

Rusiya Federal Təhlükəsizlik Xidməti Yevgeni Priqojinə qarşı silahlı üsyana təhrik faktı üzrə cinayət işi açıb. İyunun 27-də isə Federal Təhlükəsizlik Xidməti silahlı qiyamla bağlı başlanmış cinayət işinə xitam verildiyini elan edib.

Milli.Az


Etiketlər:  Pentaqon Vaqnerin bölmələri hələ Ukraynada qalır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ