Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Iyun 2023 14:22
2023-cü ilin yanvar-may aylarında Almaniyadan Türkiyəyə səyahət edən turistlərin sayı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 20,75 artaraq 1 milyon 583 min 953 nəfər olub.
Sonxeber.net bildirir ki, bu barədə TurkicWorld-ə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyindən bildirilib.
2023-cü ilin may ayında Almaniyadan Türkiyəyə səyahət edənlərin sayı 617 min 617 nəfər olub ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 13,72 faiz çoxdur.
2023-cü ilin yanvar-may aylarında Türkiyəyə 14 milyon 35 min 175 turist səyahət edib, bu da ötən ilin qeyd edilən dövrü ilə müqayisədə 23,65 faiz çoxdur.
2023-cü ilin may ayında Türkiyəyə səyahət edən turistlərin sayı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 16,19 faiz artaraq 4 milyon 500 min 242 nəfərə çatıb.
Bundan əlavə, 2023-cü ilin yanvar-may aylarında Türkiyənin ən çox turist qəbul etdiyi ölkələr arasında 1 milyon 794 min 185 turistlə Rusiya birinci yerdədir. Rusiyanı Almaniya (1 milyon 583 min 953), Bolqarıstan (1 milyon 56 min 524), İngiltərə (987 min 267), İran (794 min 177) izləyib.