Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu rus general Priqojin qiyamından xəbərdar idi

Bu rus general Priqojin qiyamından xəbərdar idi

Tarix: 28 Iyun 2023 18:28

General Sergey Surovikin "Vaqner" rəhbəri Yevgeni Priqojinin qiyama başlamaq planlarından əvvəlcədən xəbərdar idi.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə "Nyu York Tayms" ABŞ kəşfiyyatına yaxın olan mənbələrə istinadla məlumat verib.

Bildirilib ki, Vaşinqton general Surovikinin Priqojinə kömək edib-etmədiyini öyrənməyə çalışır.

Qəzetin məlumatına görə, Priqojinin hərbi çevriliş cəhdini digər rus generallar da dəstəkləmiş ola bilər:

"Priqojin hakimiyyətdə olan başqa şəxslərin onun köməyinə gələcəyinə inanmasaydı, qiyam qaldırmazdı. General Surovikin ötən həftəsonu hadisələrdə iştirak etsəydi, bu, Ukraynada müharibə başlayandan bəri Rusiya hərbi rəhbərliyini xarakterizə edən daxili çəkişmələrin son əlaməti olardı və Priqojin və Putin tərəfdarları arasında daha geniş parçalanmanın olduğunu göstərə bilərdi".

Mənbələr nəşrə bildiriblər ki, əgər Putin Surovikinin qoyamda əlinin olması ilə bağlı sübut tapa bilsə, o zaman onun generalı komandanlıqdan uzaqlaşdırmaqdan başqa çıxış yolu qalmayacaq.

"Vaşinqtonda Surovikinin qiyamı dəstəkləməsini onunla əsaslandırırlar ki, Rusiyanın ən böyük hərbi yol qovşağını ələ keçirməsinə və Miskvaya silahlı yürüş əmri verməsinə baxmayaraq niyə görə Priqojin hələ də sağ qalıb", - nəşr bildirib.

Milli.Az


Etiketlər:  Bu rus general Priqojin qiyamından xəbərdar idi


RƏYLƏR