Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İradə İbrahimovanın ata yadigarı - FOTO

İradə İbrahimovanın ata yadigarı - FOTO

Tarix: 28 Iyun 2023 23:50

Müğənni İradə İbrahimova sosial şəbəkədə yeni paylaşım edib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, ailəsi ilə birgə çəkilən fotonu instaqramda paylaşan sənətçi izləyicilərini Qurban bayramı münasibəti ilə təbrik edib:

"Bayramlar mənim üçün əsla yeri dolmayacaq, geri gəlməyəcək zamanlar deməkdir. Hamının həyatında çox dəyərli sandığı anlar, məkanlar, əşyalar var. Bu şəkildə gördüyünüz məkan bizə ata yadigarıdır. Çox gözəl, fərah süfrələrə, söhbətlərə, gülüşlərə, bəzən göz yaşlarına, ayrılıqlara şahidlik edən bu ev, sanki bizi birləşdirməyə, bölməməyə, ailə olmağımıza and içib. Bu səbəblə də mənəvi dəyəri qiymətsizdir. Gələnləriniz, gedənləriniz, sizə qalan nə varsa, bərk-bərk qucaqlayın. Mən hər zamankı kimi qucaqladım yenə. Həyatınıza, ürəyinizə xoş gələnlərin gəlməyi diləyilə... Yerləri dolmayan, qəlbimizdə, əməlimizdə bir ömür yaşatmağa çalışdığımız əskiklərimizə də salam olsun".

Milli.Az


Etiketlər:  İradə İbrahimovanın yadigarı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ