Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakı-Qazax yolunda hərəkət bərpa edilib - FOTO

Bakı-Qazax yolunda hərəkət bərpa edilib - FOTO

Tarix: 29 Iyun 2023 07:36

07:34

Bakı-Qazax şosesinin 6-cı kilometrliyində yola düşmüş iri daş parçaları ərazidən uzaqlaşdırılıb.

Milli.Az APA-ya istinadən bildirir ki, hazırda yolda hərəkət tam bərpa edilib.

----------

02.41

Bakı-Qazax şosesində daş parçaları yola düşüb, yolda hərəkət qismən məhdudlaşdırılıb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə şosenin Səbail rayonu ərazisinə düşən hissəsində qeydə alınıb.

Belə ki, paytaxt istiqamətində yolun sağ tərəfindən qayalıqdan iri daş parçaları yola düşüb. Bu zaman kiçiktutumlu mikroavtobusu (Mercedes) və "Kia" markalı minik avtomobilinin üzərinə qaya parçaları düşüb. Hadisə nəticəsində mikroavtobusun sürücüsü xəsarət alıb.

Hazırda şosenin hər iki tərəfində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılıb. Polislər təhlükəsizlik məqsədilə sürücüləri alternativ olaraq Xocəsən şossesinə yönləndirilir.

Hazırda əraziyə ağırtonajlı nəqliyyat vasitələri cəlb edilib. Qaya parçaları ərazidən uzaqlaşdırılır. Yolda qalan nəqliyyat vasitələrin hərəkəti qismən təmin edilib. Təhlükəli olduğundan şosenin Beynəlxalq Avtovağzal və Lökbatan dairəsi tərəfindən polislər avtomobilləri alternativ yollara istiqamətləndirir.

Milli.Az


Etiketlər:  Bakı Qazax yolunda hərəkət bərpa edilib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ