Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Iyun 2023 10:40
2023-cü ilin yanvar-may aylarında İrandan Türkiyəyə 794 min 177 nəfər səyahət edib ki, bu da 2022-ci ilin yanvar-may ayı ilə müqayisədə 5,31 faiz azdır.
Sonxeber.net xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.
Məlumata görə, 2023-cü ilin may ayında İrandan Türkiyəyə gələn turistlərin sayı ötən ilin qeyd edilən dövrü ilə müqayisədə 7,32 faiz azalaraq 170 min 610 nəfər təşkil edib.
2023-cü ilin yanvar-may aylarında Türkiyəyə 14 milyon 35 min 175 turist səyahət edib, bu da ötən ilin qeyd edilən dövrü ilə müqayisədə 23,65 faiz çoxdur.
2023-cü ilin may ayında Türkiyəyə səyahət edən turistlərin sayı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 16,19 faiz artaraq 4 milyon 500 min 242 nəfərə çatıb.
Bundan əlavə, 2023-cü ilin yanvar-may aylarında Türkiyənin ən çox turist qəbul etdiyi ölkələr arasında 1 milyon 794 min 185 turistlə Rusiya birinci yerdədir. Rusiyanı Almaniya (1 milyon 583 min 953), Bolqarıstan (1 milyon 56 min 524), İngiltərə (987 min 267), İran (794 min 177) izləyib.