Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Iyun 2023 16:30
Fransanın paytaxtı Parisin həndəvərindəki Nanter şəhərciyində 17 yaşlı Noel Muhəmmədi polis güllələyərək qətlə yetirəndən sonra ölkədə başlamış kütləvi etiraz aksiyaları səngimək bilmir.
Sonxeber.net bildirir ki, ölkənin müxtəlif şəhərlərindəki aksiyalarda artıq 680 nəfər tutulub, 47 polis əməkdaşı xəsarət alıb, 150-dən artıq avtomobil yandırılıb, onlarla dükan qarət olunub.
Belə bir şəraitdə Fransa prezidenti Emmanuel Makron xalqın qarşısına çıxaraq polis özbaşınalığından və vəhşiliyindən cana yığılmış vətəndaşların suallarını cavablamaq əvəzinə əylənməyə üstünlük verib.
O, arvadı Bricit Makronla birlikdə Parisdəki məşhur "L'Accor Arena"ya, dünyaca məşhur bəstəkar və müğənni Elton Conun konsertinə yollanıb.
Makronun konsertə getməsini rəsmi qurumlar gizli saxlamağa çalışsalar da, tamaşaçılar siyasi təlxəyə çevrilmiş Makronun görüntülərini çəkərək sosial şəbəkələrdə paylaşıblar.
Görüntülər Fransada hiddətlə qarşılanıb, əsəbləri tarıma çəkilmiş xalqın qəzəbini daha da artırıb.
Sosial şəbəkədə "Heç nə onun vecinə deyil", "O, indi hadisələrin mərkəzində olmaq əvəzinə, əylənir", "küçələrdə vandallıq, soyğunçuluq baş alıb gedir, Makron isə əylənir" fikirləri sürətlə yayılmaqdadır.
17 yaşlı Naelin qətli hələ də tam araşdırılmayıb.
Fransa od içindədir, amma prezident Makron konsertdə əylənir...