Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Oktyabr 2019 11:20
Böyük Britaniya, Cənubi Koreya və Yaponiyadan olan mühəndislər qrupu barmaq hərəkətlərini müəyyənləşdirən və onları daxiletmə interfeysi kimi istifadə edə bilən bilərzik hazırlayıb. Yeni texnologiya “UIST 2019” konfransında təqdim edilib.
“ICTnews” Elektron Xəbər Xidməti “hightech.fm” saytına istinadən yazır ki, sözügedən bilərzik “ağıllı” saatda mətn, rəqəm və ya başqa simvolların daxil edilməsini asanlaşdırmaq üçün nəzərdə tutulub.
Qurğu barmaq jestlərini tanıyır. Məsələn, istifadəçi barmaqları ilə rəqəmi göstərir, bilərzik isə siqnalları oxuyur və həmin rəqəmi ekranda göstərir.
Emil Hüseynov