Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İnsanın bioloji yaşlanmasını ləngidən VACİB MƏQAM

İnsanın bioloji yaşlanmasını ləngidən VACİB MƏQAM

Tarix: 2 Iyul 2023 07:30

Amerikalı alimlər iddia edirlər ki, yaşıllıqlar arasında yaşayan insanlar həyatlarında yaşıllıq çatışmazlığı olanlardan orta hesabla 2,5 il daha çox yaşayırlar.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə "Science Advances" jurnalı məlumat yayıb.

Bildirilib ki, ağaclar və çiçəklər arasında qalmaq ürək-damar sisteminin vəziyyətini yaxşılaşdıra və ürək xəstəliklərindən ölüm nisbətini azalda bilər, həmçinin bioloji qocalmanı ləngidir.

ABŞ-ın Şimal-Qərb Universitetinin alimləri 1986-2006-cı illərdə araşdırma aparıblar. Tədqiqata cəlb olunanların bioloji qocalma dərəcəsini müəyyən etmək üçün qan testləri götürülüb. Sonra təhlillərin nəticələri tədqiqat iştirakçılarının daimi yaşayış yerləri, onların pis vərdişləri, həyat tərzi və maddi gəlir səviyyəsinə dair məlumatlar ilə müqayisə edilib.

Araşdırma göstərib ki, yaşıllıqlar arasında yaşayan insanlar digərlərinə nisbətən bioloji cəhətdən 2,5 il cavandırlar.

Milli.Az


Etiketlər:  İnsanın bioloji yaşlanmasını ləngidən VACİB MƏQAM


RƏYLƏR