Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dünyanın ən böyük yaqutu 35 milyon dollara satıldı

Dünyanın ən böyük yaqutu 35 milyon dollara satıldı

Tarix: 2 Iyul 2023 13:00

Nyu-Yorkda "Sotheby's" hərracına çıxarılan dünyanın ən böyük yaqutu 34,8 milyon dollara satılıb.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, Portuqal dilində mənası "Fura Ulduzu" olan "Estrela De Fura" daşı 2022-ci ilin iyulunda Mozambikin şimalındakı Fura yaqut mədənində tapılıb.

Yaqut üçün dünya rekordu bundan əvvəl 2015-ci ildə qeydə alınıb. O, Cenevrədəki "Sotheby's" hərracında 30,3 milyon dollara satılmış 25,59 karat ağırlığında "Sunrise Ruby" daşı olub.

"Estrela de Fura"daşı cilalanmamış formada 101 karatdır.


Etiketlər:  Dünyanın böyük yaqutu milyon dollara satıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ