Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda zəlzələ ilə bağlı xəstəxanalıq olanların SAYI AÇIQLANDI

Azərbaycanda zəlzələ ilə bağlı xəstəxanalıq olanların SAYI AÇIQLANDI

Tarix: 4 Iyul 2023 11:08

İyulun 4-ü saat 00:01 radələrində qeydə alınan zəlzələ ilə bağlı TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 34 nəfər müraciət edib. 

Bu barədə TƏBİB-dən Sonxeber.net-ın sorğusuna cavab olaraq bildirilib.

Müraciət edənlərdən 26-sı qadın, 5-i kişi, 3-ü uşaq olub. Onlardan 32 nəfərə yerində yardım göstərilib, 2 nəfər isə aidiyyəti üzrə tibb müəssisəsinə təxliyə olunub.

Müraciətlər, əsasən, arterial təzyiq, stresə qarşı reaksiya, travma, bədənin müxtəlif hissələrində olan ağrılarla bağlı olub.


Etiketlər:  Azərbaycanda zəlzələ ilə bağlı xəstəxanalıq olanların SAYI AÇIQLANDI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ