Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Milyarderlər ciddi-cəhdlə döyüşə hazırlaşırlar: UFC prezidentindən tarixi mübarizə barədə açıqlama

Tarix: 5 Iyul 2023 05:28

İlon Mask və Mark Zukerberq "Ultimate Fighting Championship" (UFC) prezidenti Dana Uayt ilə qarışıq döyüş növlərinin (MMA) qaydalarına uyğun döyüşün təşkilini müzakirə edirlər.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə Uayt "The New York Times"a özü məlumat verib.

Onun sözlərinə görə, hər iki iş adamıyla hər axşam zəngləşir, onların hər ikisi dava etmək istəyir.

Uayt və milyarderlərə yaxın mənbələr iddia edirlər ki, son 10 gün ərzində Mask və Zukerberq pərdəarxası danışıqlar aparıb, tədbirin ümumi konturlarını müəyyənləşdiriblər: Onlar fiziki mübarizəyə meyilləniblər.

UFC rəhbəri döyüşün nümayiş xarakter daşıyacağını və çempionatın yurisdiksiyasından kənarda baş tutacağını deyib. Buna baxmayaraq, o, döyüşün təşkilinə şəxsən köməklik göstərəcəyini vurğulayıb.

Tərəflər razılığa gəliblər ki, toplanan vəsait xeyriyyə məqsədlərinə yönəldiləcək, amma detallar hələ də müzakirə olunur.

Uayt qeyd edib ki, iki iş adamı arasında çəki və boy fərqinə görə mübarizə xüsusilə maraqlı olacaq.

"Bizim heç vaxt peşəkar döyüşməmiş və tamamilə fərqli çəki dərəcələrində iki nəfərimiz var. Bu, döyüş sənəti tarixində ən böyük mübarizələrdən olacaq", - deyə Uayt bildirib.

Mask rəqibindən təxminən 70 funt (təxminən 31 kq) ağırdır. UFC prezidentinin sözlərinə görə, "Tesla" və "SpaceX"in sahibi döyüşə hazırlıq zamanı arıqlamaq fikrində deyil.

"O, arıqlamayacağını çox açıq şəkildə ifadə etdi", - deyə Uayt Mask ilə söhbətin təfərrüatını açıqlayıb.

Zukerberqə yaxın mənbələr nəşrə bildiriblər ki, "Meta" lideri duel üçün əla formadadır. Onların sözlərinə görə, o, ciddi məşq rejiminə əməl edir, qaçışlara çıxır və dostlarına meydan oxuyur.İlon Mask və Mark Zukerberq "Ultimate Fighting Championship" (UFC) prezidenti Dana Uayt ilə qarışıq döyüş növlərinin (MMA) qaydalarına uyğun döyüşün təşkilini müzakirə edirlər.
Bu barədə Uayt "The New York Times"a özü məlumat verib.

Onun sözlərinə görə, hər iki iş adamıyla hər axşam zəngləşir, onların hər ikisi dava etmək istəyir.

Uayt və milyarderlərə yaxın mənbələr iddia edirlər ki, son 10 gün ərzində Mask və Zukerberq pərdəarxası danışıqlar aparıb, tədbirin ümumi konturlarını müəyyənləşdiriblər: Onlar fiziki mübarizəyə meyilləniblər.

UFC rəhbəri döyüşün nümayiş xarakter daşıyacağını və çempionatın yurisdiksiyasından kənarda baş tutacağını deyib. Buna baxmayaraq, o, döyüşün təşkilinə şəxsən köməklik göstərəcəyini vurğulayıb.

Tərəflər razılığa gəliblər ki, toplanan vəsait xeyriyyə məqsədlərinə yönəldiləcək, amma detallar hələ də müzakirə olunur.

Uayt qeyd edib ki, iki iş adamı arasında çəki və boy fərqinə görə mübarizə xüsusilə maraqlı olacaq.

"Bizim heç vaxt peşəkar döyüşməmiş və tamamilə fərqli çəki dərəcələrində iki nəfərimiz var. Bu, döyüş sənəti tarixində ən böyük mübarizələrdən olacaq", - deyə Uayt bildirib.

Mask rəqibindən təxminən 70 funt (təxminən 31 kq) ağırdır. UFC prezidentinin sözlərinə görə, "Tesla" və "SpaceX"in sahibi döyüşə hazırlıq zamanı arıqlamaq fikrində deyil.

"O, arıqlamayacağını çox açıq şəkildə ifadə etdi", - deyə Uayt Mask ilə söhbətin təfərrüatını açıqlayıb.

Zukerberqə yaxın mənbələr nəşrə bildiriblər ki, "Meta" lideri duel üçün əla formadadır. Onların sözlərinə görə, o, ciddi məşq rejiminə əməl edir, qaçışlara çıxır və dostlarına meydan oxuyur.

Milli.Az

Etiketlər:  Milyarderlər ciddi cəhdlə döyüşə hazırlaşırlar UFC prezidentindən tarixi mübarizə barədə açıqlama

RƏYLƏR