Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

BMT Təhlükəsizlik şurası ədalətli şəkildə yenidən qurulmalıdır - Hakan Fidan

BMT Təhlükəsizlik şurası ədalətli şəkildə yenidən qurulmalıdır - Hakan Fidan

Tarix: 5 Iyul 2023 17:38

BMT Təhlükəsizlik şurası ədalətli şəkildə yenidən qurulmalıdır.

Sonxeber.net TurkicWorld-a istinadla xəbər verir ki, bu sözləri Türkiyənin Xarici İşlər naziri Hakan Fidan bugün Bakıda keçirilən Qoşulmama Hərəkatının nazirlər toplantısındakı çıxışı zamanı deyib.

"Azərbaycan çox çətin bir dövrdə - müharibələr və münaqişələr zamanı Qoşulmama Hərəkatına sədrlik edib. Bu çox çətin iş idi. Qoşulmama Hərəkatının fəaliyyəti irqçilik, neokolonializm və bir çox başqa proseslərlə mübarizəyə müsbət töhfə verib. Azərbaycan Qoşulmama Hərəkatına sədrlik vəzifəsini uğurla yerinə yetirib",- deyə nazir bildirib.

Hakan Fidan vurğulayıb ki, Qoşulmama Hərəkatı üzvləri qlobal nizama nail olmaqla bağlı müzakirələrə əhəmiyyətli töhfələr verir. Bu müzakirələrə Birləşmiş Millətlər Təşkilatının islahatları, qlobal səhiyyə arxitekturasının təkmilləşdirilməsi, terrorla mübarizə və davamlı inkişafa nail olmaq daxildir. Qoşulmama Hərəkatı kimi Türkiyə də sülhün müdafiəçisidir və Ukrayna müharibəsi bunun bariz nümunəsidir.

"Türkiyə Ukrayna, Rusiya və BMT-ni Qara Dəniz Taxıl Təşəbbüsü ilə bir araya gətirməsilə qlobal ərzaq böhranının qarşısı alınıb. Türkiyə bu təşəbbüsü davam etdirməkdə qərarlıdır. Problemlərin sülh yolu ilə həlli gündəmimizin əsas hissəsini təşkil edir. Biz inanırıq ki, effektiv çoxtərəflilik qlobal ədalətsizliklərə qarşı mübarizənin açarıdır və BMT Təhlükəsizlik Şurası daha ədalətli şəkildə yenidən qurulmalıdır", - deyə Türkiyənin Xarici İşlər naziri əlavə edib.


Etiketlər:  Təhlükəsizlik şurası ədalətli şəkildə yenidən qurulmalıdır Hakan Fidan


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ