Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Iyul 2023 19:56
İspaniyanın Pamplona şəhərində San Fermin festivalı çərçivəsində ilin ilk öküz qaçışı (ensyerro) keçirilir. Yarışla bağlı sosial şəbəkələrdə maraqlı görüntülər paylaşılıb.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, Navarranın hamisi müqəddəs Ferminin şərəfinə keçirilən festival bir həftə davam edəcək. Tədbirin əsas hissəsi öküzlərlə gündəlik qaçışdır. Bu zaman yüzlərlə insan dar küçə ilə bir neçə dəqiqə qaçır.
Yarışda həm yerli sakinlər, həm də turistlər iştirak edə bilər. Qaçmağa cəsarət etməyənlər tamaşanı təhlükəsiz yerdən izləyə bilərlər.
Qeyd edək ki, hər il festival zamanı yarış iştirakçılarının xəsarət alması halları olur. Qırmızı Xaç Cəmiyyətinin regional bölməsinin məlumatlarına görə, builki ensyerroda da ən azı altı nəfər xəsarət alıb.