Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Oktyabr 2019 16:20
Bakı. İlhamə İsabalayeva - Trend:
Müəllimdən yüksək peşəkarlıq, mədəniyyət, öyrətmək, eyni zamanda, öyrənmək həvəsi, və şagirdlərə hörmətlə yanaşmaq, onları sevmək bacarığı tələb olunur.
Trend-in məlumatına görə, bunu Təhsil nazirinin müavini Firudin Qurbanov İmişlidə gənc müəllimlərlə görüşündə deyib.
F.Qurbanov son illərdə ölkəmizdə gedən iqtisadi inkişaf prosesindən danışıb və təhsil sahəsində həyata keçirilən islahatların bu İnkişafın nəticəsi olduğunu deyib.
Müəllimlik peşəsinə marağın ildən-ilə artdığına diqqət çəkən nazir müavini bu peşənin əhəmiyyətindən danışıb. Bildirib ki, hər bir müəllim şagirdinə qarşı həssas yanaşmalıdır.
Nazir müavini müəllimlərin daim bilik və bacarıqlarının artırılması, onların təhsildə baş verən yeniliklərdən məlumatlı olması, fəal müəllimlər şəbəkəsinin formalaşması istiqamətində Assosiasiyanın yaradılmasının əhəmiyyətini də vurğulayıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin