Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türk ölkəsində çevriliş cəhdi: nazir müavini həbs edildi

Türk ölkəsində çevriliş cəhdi: nazir müavini həbs edildi

Tarix: 10 Iyul 2023 08:38

Türkmənistanda bir neçə gündür kütləvi internet blokadası var idi. İndi bəlli olur ki, məqsəd silahlı dövlət çevrilişi ilə bağlı məlumatları gizlətmək imiş.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə politoloq Turab Rzayev bildirib.

Onun sözlərinə görə, Aşqabadda 20-yə yaxın şəxs həbs edilib:

"Dövlət çevrilişinin təşkilatçısı kimi keçmiş kənd təsərrüfatı naziri Payzıgəldi Meredovun oğlu Batır Meredovun adı çəkilir. Ata Meredov 2013-cü ildə vəfat edib. Eyni zamanda, Türkmənistan daxili işlər nazirinin müavini Əhməd Xocatov da həbs edilənlər arasındadır.

Məlumata görə, çevrilişçilər Türkmənistana yük maşınları ilə fərqli növlərdə silahlar gətiriblər".


Etiketlər:  Türk ölkəsində çevriliş cəhdi nazir müavini həbs edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ