Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Latviyada bu tarixdə təbrik yazanlar cərimələnirlər

Latviyada bu tarixdə təbrik yazanlar cərimələnirlər

Tarix: 10 Iyul 2023 15:00

Latviya sakinləri 9 May şərəfinə təbrik yazıları dərc etdiklərinə görə cərimələr almağa başlayıblar.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, cəza tədbirləri postu bəyənənlərə də təsir edib.

Bildirilir ki, sosial şəbəkələrdə təbrik yazılarına görə insanlar inzibati məsuliyyətə cəlb olunurlar. Qanunu pozanların sayı və cərimələrin məbləği barədə məlumat verilmir.

Qeyd olunur ki, hətta paylaşımı bəyənənlərə də cərimələr yazılıb. Qeyri-rəsmi məlumatlara görə, cərimələr 350 avroya qədər ola bilər.

Xatırldaq ki, aprel ayında Latviya parlamenti mayın 9-da ölkədə kütləvi tədbirlərin keçirilməsini qadağan edən qanun qəbul edib. Vətəndaşlara mitinq və yürüşlərdə iştirak etmək qadağan olunub.


Etiketlər:  Latviyada tarixdə təbrik yazanlar cərimələnirlər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ