Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Polis keçmiş sevgilisinin mənzilinə girdi: Yeni sevgilisini DOĞRADI

Polis keçmiş sevgilisinin mənzilinə girdi: Yeni sevgilisini DOĞRADI

Tarix: 10 Iyul 2023 16:06

Sankt-Peterburq yaxınlığında polis əməkdaşı keçmiş sevgilisinin mənzilinə daxil olaraq indiki sevgilisinə bir neçə bıçaq zərbəsi vurub. 

Milli.Az lent.az-a istinadən bildirir ki, zərərçəkmiş yerindəcə dünyasını dəyişib.

Hadisə Kudrovodakı İnşaatçılar prospektində baş verib. Polis əvvəlcə 27 yaşlı qızı döyüb, daha sonra bıçağı çıxararaq onun yeni seçdiyi kişiyə çoxsaylı xəsarətlər yetirib. Həkimlər gənci xilas edə bilməyiblər.

Hücum edən 28 yaşlı Dmitri Sayapin hadisə yerindən qaçıb və hazırda axtarışdadır. Faktla bağlı "Qətl" maddəsi ilə cinayət işi başlanıb. Həmin şəxs 51-ci Polis Şöbəsinin Cinayət Axtarış Qrupunun əməliyyat müvəkkilinin təcrübəçisi kimi xidmət edir.

Milli.Az


Etiketlər:  Polis keçmiş sevgilisinin mənzilinə girdi Yeni sevgilisini DOĞRADI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ