Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Prezident: Əminəm ki, Naxçıvanın gələcək inkişafı ilə bağlı dövlət proqramı tam icra ediləcək

Prezident: Əminəm ki, Naxçıvanın gələcək inkişafı ilə bağlı dövlət proqramı tam icra ediləcək

Tarix: 11 Iyul 2023 19:27

Bu yaxınlarda Naxçıvan Muxtar Respublikasının gələcək inkişafı ilə bağlı qəbul edilən dövlət proqramı Naxçıvanın uğurlu sosial-iqtisadi inkişafını qısa müddət ərzində təmin edə biləcək proqramdır və əminəm ki, tam icra ediləcək.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə bildirib.

Bu proqramın ölkəmizin öz resurslarına əsaslandığını vurğulayan dövlətimizin başçısı qeyd edib: "Proqramda Naxçıvanın da Qarabağ və Şərqi Zəngəzur kimi "yaşıl enerji" zonasına çevrilməsi məsələsi mənim tərəfimdən qoyulmuşdur. Naxçıvan MR-da elektrik enerjisinin böyük hissəsi su elektrik stansiyaları vasitəsilə istehsal olunur. Orada günəş və külək elektrik stansiyalarının inşası da nəzərdə tutulur". Azərbaycan Prezidenti, həmçinin deyib: "Biz həm muxtar respublikanın bütün tələbatını "yaşıl enerji" ilə təmin edəcəyik, həm də qonşu ölkələrə də "yaşıl enerji"ni ixrac edəcəyik".


Etiketlər:  Prezident Əminəm Naxçıvanın gələcək inkişafı ilə bağlı dövlət proqramı icra ediləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ