Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Iyul 2023 16:30
Müğənni Cessika Simpson "Bustle" jurnalı üçün obyektiv qarşısına keçib.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, çəkisi zamanla dəyişən ifaçı nəşrə müsahibəsində dərmanlarla arıqlaması ilə bağlı ididaları təkzib edib:
"Bu, belə deyil. Sadəcə iradən güclü olmalıdır. İnsanlar yenidən içməyə başlamağımı istəyir? Çünki o zaman çəkim artmağa başlayacaq. Yoxsa başqa övlad sahibi olmağımı istəyirlər? Bədənim buna dözmür".
Qeyd edək ki, Cessika bir zamanlar alkoqol asılılığından əziyyət çəkib. 3 uşaq anası olan müğənni 108 kiloqram çəkiyə sahib olub. O, 2021-ci ildən etibarən 45 kiloqram çəki atıb. Arıqlamağa çalışan Cessika hətta plastik əməliyyata da müraciət edib ki, bu, onun səhhətində ciddi problemlər yaradıb.