Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Iyul 2023 15:20
Türkiyəli aktrisalarla yaşadığı eşq macəraları ilə gündəmdən düşməyən iş adamı Umut Evirgen yenidən şəxsi həyatı ilə gündəmə gəlib.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu dəfə iş adamının aktrisa Alina Bozla məkanında səmimi şəkildə görüntülənib. Çıxan iddialara sosial media izləyiciləri "Umut yenidən iş başında" şərhini yazıblar.
Qeyd edək ki, Umutun adı aktrisalar Farah Zeynep, Tuba Büyüküstün, Melisa Şenolsun, Serenay Sarıkaya və Dilan Çiçek Denizlə hallanıb. Son olaraq aktrisa Ayça Ayşin Turan onunla haqlarında çıxan eşq iddialarını yalanlamışdı.
Alina bu yaxınlarda sevgilisi Mithat Can Özerlə 4 illik münasibətlərini sonlandırıb.