Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yeni klubunda ilk seçimini etdi - Tanınmış "Qarabağ"lını gətirdi

Yeni klubunda ilk seçimini etdi - Tanınmış

Tarix: 15 Iyul 2023 16:12

Birinci divizion təmsilçisi "İmişli"nin mövsümə yeni baş məşqçi ilə başlayacağını xəbər vermişdik.

Milli.Az sportinfo.az-a istinadən bildirir ki, bölgə klubu təcrübəli mütəxəssis Əsgər Abdullayevə tapşırılıb.

Hazırda AFFA Məşqçilər Komitəsinin üzvü kimi çalışan Abdullayev yeni iş yerində artıq ilk seçimini də edib.

Azərbaycan milli komandasının sabiq baş məşqçisi öz yetirməsini yanına aparmağa qərar verib.

Söhbət hazırda gənclər millimizdə Samir Əliyevin köməkçisi olan Emin İmaməliyevdən gedir.

O, bir vaxtlar "Şəfa" və Azərbaycan millisində tabeliyində oynadığı məşqçinin köməkçisi olacaq.

42 yaşlı gənc mütəxəssis futbolçu karyerasında "Şəfa" və "Qarabağ"da onamaqla məşhurluq tapıb.

Azərbaycan milli komandasında isə 41 oyun keçirmiş gənc çalışdırıcı məşqçi kimi "Qəbələ" akademiyasında və 20 yaşlılardan ibarət millimizdə çalışıb.


Milli.Az


Etiketlər:  Yeni klubunda ilk seçimini etdi Tanınmış Qarabağlını gətirdi


RƏYLƏR