Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Sədərək rayonunda taxıl sahəsində yanğın - VİDEO

Sədərək rayonunda taxıl sahəsində yanğın - VİDEO

Tarix: 16 Iyul 2023 09:58

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sədərək rayonunun Dəmirçi kəndi yaxınlığında taxıl sahəsində yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən Milli.Az-a bildirilib ki, dərhal əraziyə Sədərək Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində biçilmiş taxıl sahəsində baş vermiş yanğın genişlənməsinə, o cümlədən ətraf əkin sahələrinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində təxminən 0,5 hektar biçilmiş taxıl sahəsi yanıb. Ətrafdakı taxıl sahələri yanğından mühafizə olunub.

Milli.Az


Etiketlər:  Sədərək rayonunda taxıl sahəsində yanğın VİDEO


RƏYLƏR