Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Iyul 2023 16:40
"Vaqner"in muzdlu əsgərləri artıq Belarusdadır. Lakin orada kifayət qədər yaraqlılar olmadığı üçün Ukraynaya heç bir təhlükə yoxdur. Vaqnerçilər yalnız kiçik təxribat qrupları ilə Ukrayna müdafiəsini zəiflətməyə cəhd edə bilərlər.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin zabiti, ekspert İvan Stupak deyib.
O qeyd edib ki, Tselva kəndindəki səhra düşərgəsində vaqnerçilərlə yanaşı, Belarus hərbçiləri də yerləşdiriləcək:
"Belarus ərazisindən Ukrayna üçün mümkün təhlükənin yeganə variantını nəzərdən keçirirəm: 10-15 nəfərlik kiçik təxribat qrupları bizim müdafiəmizi daim tükəndirməyə çalışacaq, təxribat törədib atəş açacaq, patrul avtomobilini gülləbaran edəcək və s."