Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənistanın Azərbaycanın həqiqətlərini qəbul etməsi üçün bəhanəsi qalmayıb - VİDEO

Ermənistanın Azərbaycanın həqiqətlərini qəbul etməsi üçün bəhanəsi qalmayıb - VİDEO

Tarix: 17 Iyul 2023 17:12

Brüssel görüşündə danışıqların istiqaməti Azərbaycanın şərtləri üzərində qurulub. Artıq proseslərin Ermənistan tərəfindən uzadılması üçün bəhanələr qalmayıb.

Sonxeber.net Xəzər TV-yə istinadən bildirir ki, millət vəkili Bəhruz Məhrərrəmov Brüssel görüşünü şərh edərkən belə deyib.

Onun sözlərinə görə, bir daha hamı tərəfindən qəbul olundu ki, bölgədə sülhün əldə olunmasının tək yolu Ermənistanın bütün təxribatçı mövqeyindən geri çəkilərək Azərbaycanın haqlı tələblərini qəbul etməsinə bağlıdır.

Bu görüş kommunikasiyaların bərpası və eləcə də Zəngəzur dəhlizinin istifadəyə verilməsi üçün zəmin yaradır. Görüşün yekununa dair keçirilən mətbuata açıqlamada Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel bildirdi ki, dəmiryolu xəttinin tikintisinə dərhal başlanılmalıdır. Avropa İttifaqı maliyyə töhfəsi verməyə hazırdır.

Unutmamalıyıq ki, Brüsseldə normallaşma prosesi Azərbaycan və Ermənistan arasında aparılır, sülh müqaviləsi iki ölkənin müzakirə predmetidir.

"Separatçıların təxribatlar törətdiyi zona isə Azərbaycanın ərazisidir. Separatçılara qarşı atıla biləcək addımlar, o cümlədən antiterror əməliyyatı Azərbaycanın daxili məsələsidir",- deyə deputat vurğulayıb.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.


Etiketlər:  Ermənistanın Azərbaycanın həqiqətlərini qəbul etməsi üçün bəhanəsi qalmayıb VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ