Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Iyul 2023 14:04
Bu gün 11:10 radələrində Dübəndi-Zirə dəmir yolu xəttinin 23-cü kilometrində "Azərbaycan Dəmir Yolları"na (ADY) məxsus yol maşını təmir işləri aparan zaman dövlət qeydiyyat nişanı 77-KD-762 olan "Toyota Prius" markalı avtomobil qorunmayan dəmiryol keçidini keçməyə cəhd edib.
ADY-dən Sonxeber.net-a verilən məlumata görə, maşinist tərəfindən təcili tormozlanma aparılsa da toqquşma qaçılmaz olub. Nəticədə minik avtomobilinin sürücüsü və 1 sərnişin xəsarət alıb, yaralılar təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb.
Hadisə aidiyyəti üzrə araşdırılır.