Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya Türkiyə hərbi gəmilərinə atəş aça bilər?

Rusiya Türkiyə hərbi gəmilərinə atəş aça bilər?

Tarix: 20 Iyul 2023 15:48

Qara dənizdə Rusiya donanmasının Türkiyə ilə açıq silahlı qarşıdurmaya gedəcəyinə şübhə edirəm.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bunu Ukraynanın Türkiyədəki səfiri Vasili Bodnar deyib.

O bildirib ki, Türkiyə NATO üzvüdür, bu addım isə Alyansı da bölgəyə cəlb etmək deməkdir:

"Rusiya tərəfi bu cür hərəkətlərlə sadəcə olaraq özünə ikinci cəbhə açacaq".

Bodnarın sözlərinə görə, Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi başlayandan bəri artıq səkkiz xarici gəmi atəşə tutulub:

"Lakin onlar Moskva ilə münaqişəyə girməmək üçün bu barədə danışmayıblar".

Qeyd edək ki, Rusiya taxıl sazişinin uzadılmasından imtina etdikdən sonra Ukrayna limanlarından taxılın türk hərbi gəmiləri ilə daşına biləcəyi ehtimalı ortaya atılıb.


Etiketlər:  Rusiya Türkiyə hərbi gəmilərinə atəş aça bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ