Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Hicab Mərkəzinin rəhbəri homoseksual çıxdı

Hicab Mərkəzinin rəhbəri homoseksual çıxdı

Tarix: 21 Iyul 2023 12:10

İranın Gilan əyalətinin Mədəniyyət və İslami Təbliğat İdarəsinin rəhbəri, İffət və Hicab Mərkəzinin təsisçisi Rza Siqqəti həmcinsi ilə intim münasibətlərinə görə işdən çıxarılıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə təfərrüatı açıqlamadan Gilan əyalətinin "Gil xəbər" saytı məlumat yayıb.

İranın mədəniyyət və islami təbliğat naziri Məhəmməd Mehdi İsmaili Rza Siqqətinin işdən qovulması xəbərini təsdiqləyib. Nazir R.Siqqətinin işdən azad edilməsini bir sıra nöqsanlara yol verməsi ilə əlaqələndirib.

Qeyd edək ki, homoseksullığına görə işdən çıxarılan vəzifəli şəxs Gilan əyalətində məcburi hicab qaydalarını pozan qadın və qızlara qarşı qəddarlığı ilə məşhurdur.

Milli.Az


Etiketlər:  Hicab Mərkəzinin rəhbəri homoseksual çıxdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ