Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiyalı turistlərin Azərbaycana axını davam edir, azərbaycanlı turistlər isə...

Rusiyalı turistlərin Azərbaycana axını davam edir, azərbaycanlı turistlər isə...

Tarix: 22 Iyul 2023 23:54

Cari ilin 6 ayında Azərbaycana gələn turistlərin sayı 44 faizə qədər artıb.

Milli.Az musavat.com-a istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi hesabat yayıb.

Məlumata görə, bu ilin yanvar-iyun aylarında Azərbaycana dünyanın 181 ölkəsindən 918,8 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 43,9 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Bəs ölkəmizə ən çox hansı ölkələrdən turist gəlib?

Ölkəyə gələn turistlərin statistikası belədir:

- 32,9 faiz Rusiya Federasiyasından;

- 19,2 faiz Türkiyədən;

- 7,7 faiz İrandan;

- 5,2 faiz Hindistandan;

- 4,9 faiz Gürcüstandan;

- 2,4 faiz Səudiyyə Ərəbistanından;

- 2,3 faiz Pakistandan;

- 2,3 faiz Qazaxıstandan;

- 2,1 faiz Birləşmiş Ərəb Əmirliklərindən;

- 1,8 faiz Özbəkistandan;

- 1,5 faiz Belarusdan;

- 1,5 faiz Ukraynadan;

- 1,3 faiz Küveytdən;

- 1,2 faiz Böyük Britaniyadan;

- 1,2 faiz Türkmənistandan;

12,5 faiz digər ölkələrdən.

Gələnlərin 72,2 faizini kişilər, 27,8 faizini qadınlar təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə Çindən gələnlərin sayı 7,2, Türkmənistandan 3,9, Hindistandan 3,1, Belarusdan 2,3, Özbəkistandan 2,2, Qazaxıstandan 1,9, Rusiya Federasiyasından 1,9, İsraildən 1,6 dəfə, ABŞ-dan 44,2 faiz, Küveytdən 37,2 faiz, Gürcüstandan 35,5 faiz, Böyük Britaniyadan 34,6 faiz, Birləşmiş Ərəb Əmirliklərindən 22,7 faiz, Pakistandan 16,1 faiz, Türkiyədən 15,9 faiz artıb, Səudiyyə Ərəbistanından gələnlərin sayı 23,6 faiz, İrandan 14,9 faiz, Omandan 9,9 faiz, Ukraynadan 6,2 faiz azalıb.

2022-ci ilin yanvar-iyun ayları ilə müqayisədə MDB ölkələrindən gələnlərin sayı 1,9 dəfə artaraq 385,8 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 40,0 faiz artaraq 46,7 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 8,9 faiz azalaraq 134,2 min nəfər olub.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 68,8 faizi hava, 29,8 faizi dəmir yolu və avtomobil, 1,4 faizi isə dəniz nəqliyyatından istifadə edib.

Bəs azərbaycanlı turistlər daha çox hansı ölkələri seçib?

Statistikaya əsasən, 2022-ci ilin yanvar-iyun ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 16,3 faiz artaraq 791,7 min nəfər olub. Rusiya Federasiyasına gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 1,8 dəfə, Gürcüstana gedənlərin sayı 34,5 faiz artıb, İrana gedənlərin sayı 31,0 faiz, Türkiyəyə gedənlərin sayı 1,9 faiz azalıb. Ölkə vətəndaşlarının 40,2 faizi Türkiyəyə, 23,9 faizi Rusiya Federasiyasına, 9,4 faizi Gürcüstana, 7,9 faizi İrana, 18,6 faizi digər ölkələrə səfər edib. Gedənlərin 68,3 faizini kişilər, 31,7 faizini qadınlar təşkil edib.

Cari ilin yanvar-iyun aylarında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 67,3 faizi hava, 29,9 faizi dəmir yolu və avtomobil, 2,8 faizi isə dəniz nəqliyyatından istifadə edib.

Milli.Az


Etiketlər:  Rusiyalı turistlərin Azərbaycana axını davam edir azərbaycanlı turistlər isə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ