Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Anam məni döyürdü''

''Anam məni döyürdü''

Tarix: 23 Iyul 2023 18:25

"Qayınanam evimin böyüyüdür, ondan necə qorxmayım? Rəhmətlik anamdan da belə qorxurdum".

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Xuraman Şuşalı "Zaurla Günaydın" verilişində deyib. O, hətta anası tərəfindən döyüldüyünü də etiraf edib:

"Anam arada məni döyürdü. Qardaşıma da məni döydürürdü, sonra da araya girirdi. Əslində, qayınanamdan qorxmuram, hörmət edirəm. Həyat yoldaşımın anasıdır. Öz kaprizləri var. Getdiyin ocağın qaydalarına uymalısan. Qayınanam gəlməmişdən əvvəl xəbər göndərir. Evdə bir şey xoşuna gəlməyəndə demir. Bizdən gedəndən sonra isə hiss edirəm ki, ab-hava dəyişib".

Milli.Az


Etiketlər:  Anam məni döyürdü


RƏYLƏR