Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Iyul 2023 23:08
Rusiya hərbçiləri Donetsk vilayətində Konstantinovka şəhərini kaset bombalarından atəşə tutub, ölən və yaralananlar var.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə Donetsk vilayət hərbi administrasiyasının rəhbəri Pavel Kirilenko bildirib.
"Konstantinovkanın atəşə tutulması nəticəsində azı 7 mülki şəxs yaralanıb", - məlumatda deyilir.
Kirilenko qeyd edib ki, yaralananlar arasında 4 uşaq olub, onlardan biri sonradan dünyasını dəyişib.