Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ Saakaşvilinin sağlamlıq vəziyyətinə görə narahatdır

ABŞ Saakaşvilinin sağlamlıq vəziyyətinə görə narahatdır

Tarix: 25 Iyul 2023 15:40

ABŞ Gürcüstanın sabiq Prezidenti Mixeil Saakaşvilinin vəziyyətini yaxından monitorinq edir.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller keçirdiyi brifinqdə deyib. O, ABŞ-ın Saakaşvilinin sağlamlıq vəziyyətinə görə çox narahat olduğunu əlavə edib.

"Biz həm ictimai qaydada, həm də ayrılıqda Gürcüstan hökumətinə bir çox dəfə demişik ki, onun (Saakaşvilinin) ehtiyac duyduğu tibbi qayğı ilə təmin edilməsi və insan haqlarına hörmət edilməsinin təmin edilməsi hökumətin məsuliyyətidir. Biz bu məsələni yaxından izləməyə davam edəcəyik", - Miller deyib.

Milli.Az


Etiketlər:  ABŞ Saakaşvilinin sağlamlıq vəziyyətinə görə narahatdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ