Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məşhur türk aktyoru vəfat etdi

Məşhur türk aktyoru vəfat etdi

Tarix: 26 Iyul 2023 09:24

Məşhur türkiyəli aktyor Yılmaz Qruda vəfat edib.

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, 93 yaşlı aktyor müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Xatırladaq ki, bir müddət əvvəl səhhətində problemlər yaranan aktyor reanimasiyaya yerləşdirilmişdi.

Qeyd edək ki, Yılmaz "Yanlış Anlama 2", "Çukur", "Menajerimi ara", "Hercai", "Yabancı damat" kimi bir çox məşhur layihədə rol alıb.

Aktyor 3 dəfə ailəli olub və 2 övladı var. Onun keçmiş həyat yoldaşı, aktrisa Ayşen Qruda 2019-cu ildə vəfat edib. İkilinin Elvan adlı övladları var.


Etiketlər:  Məşhur türk aktyoru vəfat etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ