Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Iyul 2023 16:48
İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Quranın yandırılması ilə bağlı fövqəladə iclas keçirəcək.
Sonxeber.net APA-ya istinadən bildirir ki, iyulun 31-də İƏT üzvü olan 57 ölkənin xarici işlər nazirləri virtual formatda fövqəladə iclas keçirəcəklər.
Bildirilib ki, iclasda İsveç və Danimarkada Quranın yandırılması müzakirə olunacaq.
İran Xarici İşlər Nazirliyinin məlumatına görə, görüş Tehran və Bağdadın təklifi, həmçinin İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın müsəlman ölkələrindəki həmkarlarına etdiyi zənglər əsasında planlaşdırılıb.