Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Syerra-Leone ilə əməkdaşlıq yolunda bundan sonra da birgə səylər göstərəcəyik"

Tarix: 26 Iyul 2023 17:06

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 26-da Syerra-Leone Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməsi münasibətilə Culius Maada Bionu təbrik edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, dövlətimizin başçısı bununla bağlı məktubunda bildirib: "İnanıram ki, Azərbaycan ilə Syerra-Leone arasında münasibətlərin xalqlarımızın mənafelərinə uyğun olaraq dostluq məcrasında inkişafı, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı da daxil olmaqla çoxtərəfli təsisatlarda səmərəli əməkdaşlığımızın davam etdirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik".

Azərbaycan Prezidenti Syerra-Leoneli həmkarına möhkəm cansağlığı, xoşbəxtlik, dost xalqın rifahı naminə qarşıdakı məsul fəaliyyətində uğurlar diləyib.

Milli.Az


Etiketlər:  Syerra Leone ilə əməkdaşlıq yolunda bundan sonra da birgə səylər göstərəcəyik


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ