Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Iyul 2023 19:20
"Məndən görüntülü üzr istəyəcək".
Sonxeber.net xəbər verir ki, bunu qaynarinfo.az-a açıqlamasında şairə Nazilə Səfərli rəqqasə Fatimə ilə aralarında olan məhkəmə qərarından danışarkən deyib. O bildirib ki, ilk gündən Fatiməyə qarşı qaldırdığı məhkəmə işində qarşı tərəfə olan tələbləri dəyişilməz qalıb:
"Məhkəmə mənim xeyrimə qərar verib. Tələbim dəyişməz qalır, heç nə dəyişməyib. Görüntülü üzr istəyəcək, tələb etdiyim təzminatı da ödəyəcək. Rəqsə yeni gələn və maddi vəziyyəti zəif olan qızlara rəqs paltarı alacağam. Onların hər birinə milli geyimlər alacağam. Böhtan atmaq pis bir şeydir. Mənə ünvanlanan ifadəni bağışlamıram. Hələ mən insanlıq elədim, dedim ki, səhv yoldasan, geri dön. Dönə-dönə dedim ki, ünvanıma dediyin ifadələrə görə məndən üzr üstə. İndi qanun qarşısında cavab verəcək. Mən uşaq deyiləm ki, oturduğum yerdə məni təhqir edir. Onun adını çəkməmişəm. Niyə hər deyilən sözü özünə götürür?"
Qeyd edək ki, şair Nazilə Səfərli ilə rəqqasə Fatimə Fətəliyeva arasında baş verən məhkəmə prosesi davam edir. Məhkəmədə uduzan Fatimə Apellyasiya Məhkəməsinə müraciət edib. Amma bu dəfə də proses Nazilə Səfərlinin xeyrinə yekunlaşıb.
Xatırladaq ki, Nazilə Səfərli məhkəmədə Fatimədən 50 min təzminat istəyib. Xatırladaq ki, rəqqasə ilə şairə arasındakı qalmaqala Nazilənin sosial şəbəkədə yazdığı "Bir rəqqasə reklam etdiyim məkanların birinə zəng edib qışqıraraq deyib ki, bizi dəvət etmirsiniz, kobud şairəni reklama dəvət edirsiniz. Əzizim, vaxtında bizim başımızda böyüyümüz olub. Stolların üstündə göbək rəqsi etməyə icazə verməyiblər deyə, incə qala bilməmişik, kobud qalmışıq".