Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tolik evlənir

Tolik evlənir

Tarix: 27 Iyul 2023 15:35

"Bir çox məşhurun həyatı instaqramda göründüyü kimi deyil. Səmimi həyat tərzi yaşayanlar var ki, veclərinə deyil kim haqlarında nə deyir. Görməmiş müğənnilər var ki, bir bahalı yerə gedən kimi çəkib qoyurlar. Evlərinin bir guşəsini tez-tez göstərirlər. İnsanlara maraqlı deyil. Şahənşahlı həyat yaşayan müğənnilər heç onu göstərməyə ehtiyac duymur".

Axşam.az xəbər verir ki, bu sözləri aparıcı-prodüser Tarix Əliyev (Tolik) instaqramda yazıb. O, izləyicilərinin suallarını cavablandırıb. 

Tolik sevgi ilə bağlı suala isə "Şou-biznesdə bəziləri deyirdi ki, müğənni ilə ailə qurmarıq. Amma qurdular və xoşbəxt oldular. Son günlər bir tanınmış xanımdan xoşum gəlir. Ola bilər ki, onunla ailə qurum. Bir xanım var ki, sevgimi qazanır. O da məşhurdur. Bilmirəm... Hisslərimi bölüşə bilmirəm" cavabını verib.

Milli.Az


Etiketlər:  Tolik evlənir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ