Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Klublarımıza qarşı “oynayan” hakimlər - VİDEO

Klublarımıza qarşı “oynayan” hakimlər - VİDEO

Tarix: 28 Iyul 2023 16:58

Xəbər verdiyimiz kimi, ötən gün avrokuboklarda 2 komandamız mübarizəyə qoşuldu.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, "Qəbələ" evdə "Omoniya"ya 2:3 uduzdusa, "Neftçi" "Jelezniçar"la səfər matçından bərabərliklə döndü. 

Lakin maraqlısı odur ki, hər iki matçda hakimlər komandalarımızın əleyhinə həlledici qərarlarla yadda qaldılar. 

"Qəbələ"nin matçında rumıniyalə referi Andrey Çivulete 80-ci dəqiqədə müəmmalı qərarı ilə diqqəti özünə çəkdi. Belə ki, o, kiprlilərin forvardı Roman Bezusun simulyasiyasını penalti kimi dəyərləndirdi. Referi Azərbaycan klubunun müdafiəçisi Murad Musayevə kobud oyuna görə sarı vərəqə də göstərildi. Matçdan sonra "Qəbələ"nin çalışdırıcısı Elmar Baxşıyev epizodun penalti olmadığını bildirdi. 

İkinci epizod isə cəmi 5 dəqiqə sonra yaşandı. Rumıniyalı referi bu dəfə rəqib futbolçu Senu Kulibalinin Əyyub Allaşa qarşı kobud oynamasına göz yumdu. O, "Qəbələ"nin iki qol vurmuş futbolçusunun yerə yıxılmasını simulyasiya kimi dəyərləndirdi. 

"Neftçi"nin matçını idarə edən estoniyalı hakim Yuri Fişerin "Jelezniçar"la qarşılaşmanın 45-ci dəqiqəsində verdiyi qərar isə daha qalmaqallı idi. Meydan sahiblərinin 77 nömrəli oyunçusu Haris Ovçina bakılıların vingeri Kenni Sayefə qarşı təcavüzkar davranış etsə də, hakim yalnız "sarı" ilə kifayətlənir.

Milli.Az


Etiketlər:  Klublarımıza qarşı oynayan hakimlər VİDEO


RƏYLƏR